AzQAC Sumqayıt şəhər bölməsinin növbəti yardımı paylanıldı

21-07-2016, 15:25
302

AzQAC Sumqayıt şəhər bölməsinin növbəti yardımı paylanıldıHər ay olduğu kimi bu ay da 20 iyul 2016-cı il tarixində adının hallanmağını istəməyən xeyirxah insan tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 50 nəfər daha ehtiyaclı ahıla ərzaq yardımı paylanıldı.

Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinə yardımlar bölmənin könüllüləri tərəfindən evlərində çatdırıldı.Onları daima  diqqətdə saxlayan xeyirxah insanlara minnətdarlıqlarını bildirdilər.

  //Nəzər Media.az