"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı status-kvo dözülməzdir" - Mogerini
29-02-2016, 16:13
309
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı status-kvo dözülməzdir.
Bu
sözləri Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti
üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın "Mediamax"
agentliyinə müsahibəsində deyib.
O, ötən il boyunca təmas
xəttində, eləcə də Ermənistan və Azərbaycan arasında beynəlxalq cəhətdən
tanınmış sərhəd boyunca zorakılıq hallarının artmasının müşahidə
olunduğunu xatırladıb: "Ağır silahlardan istifadə olunub, dinc əhali
hədəfə alınıb. Münaqişənin beynəlxalq hüquqa əsaslanan siyasi həlli
həmişəkindən daha vacibdir. Bizim ATƏT-in Minsk Qrupunun vasitəçilik
səylərinə dəstəyimiz davamlıdır.
Avropa İttifaqı danışıqlar
prosesində əldə olunan istənilən irəliləyişi dəstəkləyəcək.
Təhlükəsizliklə bağlı vəziyyəti stabilləşdirmək üçün edilən istənilən
səylər, o cümlədən insidentlərin qarşısını almaq mexanizmi Aİ tərəfindən
tam dəstəklənəcək. Bu məsələ ilə bağlı müsbət addımların atılması
halında biz növbəti dəstək məsələsini də nəzərdən keçirməyə hazırıq.
Müharibə başladıqdan sonra son 20 il ərzində sizin liderlərin cəsarət
nümayiş etdirmək və sülh yolu ilə həll istiqamətində addım atmalarının
vaxtı çatıb. Biz bu istiqamətdə irəliləyiş əldə etmək üçün əlimizdən
gələni etməyə hazırıq".