"Ermənistan və Azərbaycan arasında yeni müharibə riski artacaq"

16-05-2016, 22:08
514

Dağlıq Qarabağ münaqişəsinin uzadılmasına imkan vermək olmaz




"Ermənistan və Azərbaycan arasında yeni müharibə riski artacaq""Dağlıq Qarabağda münaqişə nə qədər daha uzun davam edərsə, nə qədər ki, münaqişə tərəfləri daha intensiv silahlanır, bu, Ermənistan və Azərbaycan arasında yeni müharibə riskini daha da artırır”.

Bu barədə Vyanada Minsk qrupu ilə görüşündən əvvəl Almaniyanın xarici işlər naziri Frank - Valter Ştaynmayer bildirib.

Bu gün axşam Vyanada ABŞ-ın dövlət katibi və Rusiya, Fransa Xarici İşlər Nazirliyinin başçılarının iştirakıyla ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar olacaq.

"Təmas xəttində altı həftə əvvəl baş verən ağır döyüşlər göstərir ki, çoxillik status-kvo uzunmüddətli perspektivdə kasıbdır. Dağlıq Qarabağda münaqişə nə qədər daha uzun davam edirsə, nə qədər ki, onun tərəfləri daha intensiv silahlanır, bu Ermənistan və Azərbaycan arasında müharibə daxil olmaqla yeni eskalasiyanın riskini daha da artırır", - deyə nazir bildirib.

Ştaynmayerın sözlərinə görə, ATƏT münaqişənin həllində mühüm rol oynayır. "Fransa, Rusiya və ABŞ neçə illər ərzində Minsk qrupunun həmsədrləri kimi atəşin dayandırılmasının və siyasi prosesin yenilənməsinə çalışır. ATƏT-in sədri kimi Almaniya bunu dəstəkləyir", - deyə Ştaynmayer əlavə edib.

"Azərbaycan və Ermənistan prezidentləri bu axşam görüşəcəklər." Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini öz "Twitter” səhifəsində yazıb. Öz tvitində Mogerini hazırda Liviya üzrə danışıqların keçirildiyini, axşam Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün, sabah isə Suriyaya Beynəlxalq dəstək qrupunun iclasının keçiriləcəyi haqda məlumat verib.

Ermənistan prezidenti Serj Sarkisyan Vyanaya rəsmi səfərə gedib. Sarkisyan burada ATƏT-in Minsk qrupunun təşkil etdiyi bir neçə işgüzar görüşdə iştirak edəcək. Bu gün Vyanaya həmçinin İlham Əliyevin də səfəri gözlənilir. Burada Azərbaycan prezidenti Ermənistan prezidenti ilə görüşməlidir.

   //ANS Press