Nurgül Yeşilçay serialdan toy səhnələrinə görə ayrılır?

18-12-2015, 17:24
385

Nurgül Yeşilçay serialdan toy səhnələrinə görə ayrılır?Aktrisa Nurgül Yeşilçayın "Paramparça" serialına toy səhnələri ilə vida edəcəyi məlum olub.

Baş rollarında Erkan Petekkaya, Ebru Özkan və Barış Falayın çəkildikləri ekran işinin 46-cı seriyası yayımlanacaq.

52 seriyalıq müqaviləsi olan Nurgül şirkətlə görüşərək müqaviləni artırmaq istəmədiyini söyləyib. Buna görə də 6 seriya sonra olacaq toy aktrisanın son səhnələri olacaq.

Qeyd edək ki, E.Petekkaya serialda Cihan, N.Yeşilçay isə Gülseren obrazını canlandırırlar. Onlar arasında davam edən münaqişə yaradıcı heyəti son zamanlar narahat etməyə başlayıb. Yeşilçay bu yaxınlarda öpüşmə səhnəsinə etiraz edən Petekkaya ilə mübahisə etmişdi. Aktyor ona "öpüşmə səhnələrinə çox həvəslisən" deyərək gərginliyi daha artırmışdı.

   //axşam.az