Ulduz aktrisadan qalmaqallı açıqlama: "Vecimə deyil"

18-01-2016, 14:11
305

Ulduz aktrisadan qalmaqallı açıqlama: "Vecimə deyil" Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay qalmaqallı açıqlama verib.

Azərbaycanda da baxılan "Paramparça" serialının tanınmış aktrisası sözügedən serialdan ayrılmağına peşman olmadığını deyib.

Jurnalistlərin ona "serialdan ayrıldığınız üçün heç də qəmgin görünmürsünüz" sualına məşhur aktisa bu cür cavab verib:

"Gördüyünüz kimi, bu, vecimə deyil. Yaxşı ki, bitdi".

Bir müddət əvvəl Türkiyənin məşhur serialı "Paramparça”da mübahisə düşüb. Belə ki, serialın baş rollarını ifa edən aktyorlar Nurgül Yeşilçay və Erkan Petekkayanın arası soyuyub.

Ssenariyə görə Nurgül Yeşilçay və Erkan Petekkaya dodaq-dodağa öpüşmək məcburiyyətində qalıblar. Lakin aktyor öpüşməyə razı olmayıb. Aktyor Türkan Şoray kimi onun da qayda-qanunlarının olduğunu deyib.

Aktyor "Mənim də Türkan Şoray kimi qanunlarım var - seriallarda öpüşmərəm, sevişmərəm. Çünki o səhnələri Anadolu xalqı da izləyir" deyib.

Nurgül Yeşilçay isə səhnənin vacib olduğunu deyərək israr edib. Aktyor aktrisanın üstünə qışqıraraq "sən də çox həvəslisən öpüşməyə" deyib və çəkiliş meydançasını tərk edib.

   //ANS Press