Namiq Qaraçuxurlunun "Bal ayı" planları

20-10-2015, 17:23
336

Namiq Qaraçuxurlunun "Bal ayı" planlarıMeyaxanaçı Namiq Qaraçuxurlu dəbdəbəli toyundan sonra gələcək planları haqqında danışıb.

"Təzə bəy” "bal ayı" haqqında da danışıb. Namiq Qaraçuxurlu bildirib ki, toyu ürəyincə olub. Çağırdığı qonaqlardan bəziləri gəlməyib ,o da ki üzrlü səbəblərə görə. Meyxanaçı toya dəvət etmədiyi qonaqların da gəldiyini və böyük məmnuniyyətlə onları qarşıladığını bildirib. Meyxanaçı "bal ay”ına hələ çıxmadığını bildirib:

"Hal hazırda Bakıdayam, 2 gündən sonra işlə əlaqədər 3 gün olmayacam Bakıda. Qayıdandan sonra isə "Bal ayı”na çıxacam. Hələ bilmirəm dəqiq hara gedəcəm, amma bir neçə ölkəyə səyahət edəcəyimi nəzərdə tutmuşam" deyə Namiq Qaraçuxurlu bildirb.


Meyxanaçı Namiq Qaraçuxurlu 12 oktyabr-da subaylığın daşını atıb. Paytaxtımızın şadlıq saraylarının birində keçirilən bu məclis sırf kişilər üçün nəzərdə tutulub.Toyun tamadası Nəsib Nur olub, məclisin musiqili hissəsi isə Abbas Bağırov idarə edib. Bəyin xahişi ilə toyda kənar videoçəklişlər aparılmayıb və dəvət olunan media nümayəndələri yalnız qonaq kimi iştirak edib.

   //ANS Press