Namiq Qaraçuxurlunun milyonluq toyu

13-10-2015, 15:12
925

Namiq Qaraçuxurlunun milyonluq toyu
Meyaxanaçı Namiq Qaraçuxurlu dəbdəbəli toy edərək evləndi.

Namiq Qaraçuxurlunun toyuna sənət əhlindən bir çox tanınmış simalar qatılıb. Toyuna qiyməti 200 min manat olan avtomobil korteji ilə gələn Namiq zala söz verdiyi kimi xanımsız gəlib. Meyxanaçının toyu dini adət-ənənələrlə keçib.

Meyxanaçının həyəcanlı olduğu üzündən bilinirdi. Namiq aylardı bu günü gözlədiyini çiynindən böyük yük götürüldüyünü deyib. Toyun qapalı olmasını bəy açıqlama edərək bildirib ki, dəvət etdiyim qonaqlar istəməyib mediada görsənsin.

Bu səbəbdən onların rahatlığı üçün medianı toya buraxmayıb. Amma toydaki qonaqlar şəkillər çəkdirərək sosial şəbəkələrdə paylaşıblar.

Xalq artisti Aygün Kazımova ilə uzun müddət eşq yaşayan Namiq Qaraçuxurlu bir dəfə Solmaz Şükürova adlı xanımla ailəli olub. Həmin evlilikdən Ülvi, Ümid adlı övladları var. Cütlük 2005-ci ilin dekabrında boşanıb.

   //ANS Press