Cavanşir Quliyevin "Əsgər marşı" plagiatdır - VİDEO

9-03-2017, 21:28
2 235

Cavanşir Quliyevin "Əsgər marşı" plagiatdır - VİDEOAzərbaycan saytlarında belə bir məlumat dərc olunub ki, Türkiyənin müharibə mövzusunda çəkilən yeni "Söz” serialında musiqisi Cavanşir Quliyeva, sözləri Əli Kərim, Mirzə Ağaya aid olan "Əsgər marşı” mahnısı səsləndirilib. Qeyd edilir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, mahnının sözləri türkcəyə çevrilərək səsləndirilib. O da vurğulanır ki, yaxın günlərdə "Star TV”-də yayımlanacaq "Söz” serialının sadəcə bir fraqmenti yayılsa da, izləyicilər tərəfindən hədsiz maraqla qarşılanıb.

Maraqlı məqam isə ondan ibarətdir ki, əslində illərdir milli marşımız kimi tanıdığımız, bildiyimiz, oxuduğumuz "Əsgər marşı" plagiatdır. Sözügedən marş qardaş ölkə Türkiyəyə məxsusdur. Bir neçə il bundan öncə bu mövzunu araşdıran Milli.az saytı maraqlı məqamlar üzə çıxarmışdı.

Bizim "Əsgər marşı" adını verdiyimiz mahnı türklərin əsgəri marşıdır və Rüfət bəy (1820-1888) tərəfindən "Alay Marşı" ismiylə Yəmən Savaşı zamanı bəstələnib (1871-1872). Həmin marş bu gün də Türkiyə Ordusunda əsgərlərin addımladığı zaman söylədiyi ən məşhur marşlardan biridir.

"Əsgər marşı"nın müəllifi kimi tanınan Cavanşir Quliyev açıqlamalarında bu marşın sözlərinin bir əsgər tərəfindən ona verildiyini söyləyib. Marşı Cavanşir bəyə təqdim edən əsgər isə bunu babasından eşitdiyini bildirib.

Ancaq həm marşın musiqsinin, həm də sözlərinin eyni olması Cavanşir Quliyevin dedikləri ilə bağlı ciddi şübhə yaradır.

Aşağıda həm "Alay marşı”ı, həm də "Əsgər marşı”ı ilə tanış olub, nəticəni özünüz çıxara bilərsiniz.

 
 
  //Avrasiya