Aygünə itki: "Ailədən bir böyük də getdi"

30-11-2016, 16:11
276

Aygünə itki: "Ailədən bir böyük də getdi"Uzun müddətdir Türkiyədə yaşayan müğənni Aygün Miyak İsmayılovanın ailəsinə ağır itki üz verib.

Sənətçinin nənəsi dünyasını dəyişib.

Bu haqda Aygün özü xəbər verib. O: "Bu gün atamın anası dünyasını dəyişdi. Yaşlı idi, amma yenə də nənəmdir. Ailədən bir böyük də getdi", - deyə bildirib.

Qeyd edək ki, A.İsmayılova ailə qurduqdan sonra İstanbula köçüb. O, bir neçə müddət əvvəl "O səs Türkiyə" yarışına qatılmışdı. Aygün eyni zamanda bir çox mahnıların sözlərinin müəllifidir.

   //Axsam.az