Türkiyəli məşhur sənətçi vəfat etdi

13-07-2016, 22:46
289

Türkiyəli məşhur sənətçi vəfat etdiTürkiyənin tanınmış opera müğənnisi, dövlət sənətçisi Atilla Manizadə vəfat edib.

82 yaşlı Atilla Manizadə uzun illər İstanbul Dövlət Opera və Balet Teatrının müdiri olub.

Türk musiqisində gözəl səsli vokalistlərdən biri kimi tanınan Atilla Manizadə Türkiyənin dövlət sənətçisi fəxri adına layiq görülüb.

İstanbul Dövlət Konservatoriyasında vokal şöbəsində dərs deyən Atilla Manizadə yaşının çox olmasına baxmayaraq, sənət fəaliyyətini davam etdirib.
Atilla Manizadə 1934-cü ildə Şimali Kiprdə anadan olub. Sənətkar iyulun 14-də dəfn ediləcək.

   //Report