"Turkovac" vaksini "alfa" ştammına qarşı 100 faiz effektivlik göstərib

9-08-2021, 22:49
171


Türkiyənin koronavirus əleyhinə "Turkovac" vaksini "alfa" ştammına qarşı 100 faiz effektivdir.

Nəzər Media.az Trend-ə istinadən bildirir ki, bunu vaksin layihəsinin rəhbəri Aykut Özdarendeli deyib.

O bildirib ki, "Turkovac"ın sınaqlarının son, üçüncü mərhələsi davam edir.

Onun sözlərinə görə, vaksin sınaqları çərçivəsində "alfa" ştammına qarşı tam effektivlik nümayiş etdirib.

Sınaqların hazırkı mərhələsində "delta" variantı ilə bağlı araşdırmalar davam etdirilir.