Rusiyada bu həftə ikinci koronavirus vaksini qeydiyyatdan keçiriləcək

14-10-2020, 00:23
96


Rusiyada COVID-19 infeksiyasına qarşı iki vaksinin kliniki sınaqları davam edir, onlardan birinin bu həftə ərzində qeydiyyatdan keçirilməsi planlaşdırılır.

Nəzər Media.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.

O bildirib ki, ikinci vaksin qeydiyyatdan sonra istehsal prosesinə daxl olacaq.

Bir müddət əvvəl, Rusiyada "Vektor" koronavirus vaksininin oktyabrın 15-dək qeydiyyata alınacağı bildirilmişdi.

Qeyd edək ki, Rusiya avqust ayında dünyada ilk dəfə "Sputnik V" koronavirus vaksinini qeydiyyatdan keçirmişdi.