"TikTok"da yeni özəllik

17-12-2022, 16:49
378

BUGUNBİLDİM.COM 


"TikTok" üfüqi vəziyyətdə ekranda videoya baxmaq funksiyasını sınaqdan keçirməyə başlayıb.

Nəzər Media.az Trend-ə istinadən bildirir ki, "TikTok" istifadəyə verildiyi ilk gündən şaquli ekrana uyğun gələn proqramdır. Yeni funksiyanın köməyi ilə proqram mümkün qədər üfüqi ekranda istifadə olunmasını təmin edəcək.

"TikTok" rəsmiləri üfüqi ekran xüsusiyyətinin bəzi istifadəçilərlə qlobal miqyasda sınaqdan keçirildiyini təsdiqləyiblər. Lakin funksiyanın stabil versiyaya nə vaxt çatacağı hələlik məlum deyil.