"Sabah"-"Zirə" oyununda iki dubl, 4 qol və hərəyə bir xal-YENİLƏNİB-5

26-10-2019, 19:56
332

"Sabah"-"Zirə" oyunu başa çatdı. Oyun hər iki komandanın oyunçularının hərəyə bir dəfə dubl etməsi ilə bitib-"Sabah"-"Zirə"-2:2
xxxx
"Zirə" hesabı bərabərlədir. Oyunun 88-ci dəqiqəsində Nicat Süleymanlı dubl edərək özünün və komandasının ikinci topunu vurdu-"Sabah"-"Zirə"-2:2
xxxx
"Sabah"-"Zirə" oyunun ilk hissəsi başa çatdı. İlk hisdən sonra "Sabah" 2:1 hesabı ilə öndədir. 
xxx
"Sabah" hesabda irəli çıxdı. Oyunun 44-cü dəqiqəsində Amadu Diallo dubl edərək öznünü və komandasının ikinci topunu vurdu-"Sabah"-"Zirə"-2:1
xxxx
"Sabah" bərabərlik qolunu vurmağa nail oldu. Oyunun 28-ci dəqiqəsində Amadu Diallo bərabərlik qolunun müəllifi oldu-"Sabah"-"Qəbələ"-1:1

xxxx
Bu gün Azərbaycan Premyer Liqasının IX turuna start verilib. "Sabah" "Bank Respublika Arena"da "Zirə"ni qəbul edir. Bu tura qədər arzularını reallaşdıra bilməyən hər iki komanda hirini bir-birindən çıxmağa çalışır. "Sabah" keçən tur "Keşlə" səfərində itirdiyi xalı bu oyunda sığortalamaya çalışır. "Mavi qartallar" isə daha çox yaralıdır. Onlar keçən "Neftçi"yə 3:0 məğlub olublar. Elçin Məsiyevin idarə edəcəyi qarşılaşmada artıq oyunun 23-cü dəqiqəsində "Zirə" təhlükəli hücumla hesabı açdı. Nicat Süleymanlı qolun müəllifi oldu-"Sabah"-"Zirə"-0:1

Premyer Liqamızada sabaha bir görüş təyin olunub. "Neftçi" səfərdə "Kapital Bank Arena"da "Sumqayıt"ın qonağı olacaq. Ardıcıl üç turdu qələbələri sıralayan Flaqman bu turda da qələbə qazanıb "Qarbağı" qarabaqara izləmək niyyətindərir. "Sumqayıt" keçən tur səfərdə "Səbail" zəfərinin davamını evdə gətirmək istəyir. Onların əsas məqsədi ən azı məğlub olmamaqdır.

Turun son oyunu Azərbaycan Futbolunun məbədi olan "Tofiq Bəhramov adına Respublika stadionu"nda baş tutacaq. Burada son çempion iki oyundu istər avro kubok olsun istər yerli yarış olsun qələbə qazana bilməyən "Qarabağ" "Səbail"i qəbul edəcək. Ağdamlıların əsas hədəfi üç xal olacaq. Keçən tur "Sumqayıt"a evdə 0:2 hesabı ilə məğlub olan "dənizçilər" bu oyunda möcüzə axtarışında olacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasını IX turu bu gün start görürüb. İlk oyun bu oyundan öncə bitib. "ASCO Arena" da "Keşlə" "Qəbələ"ni qəbul edib. Oyunda hesab birinci dəqiqədə açılıb. Luronzo Fruntoz qonaqları meydanın mərkəzinə dəvət edib-"Keşlə"-"Qəbələ"-1:0. Oyunun 42-ci dəqiqəsində Sezar Mezakoli növbəti dəfə qonaqları məyus edib-"Keşlə"-"Qəbələ"-2:0. İlk hissə bu hesabla bitdi. İkinci hissədə 58-ci dəqiqədə "Qəbələ"nin heyətində David Volkov qollardan birinin əvəzini çıxdı- "Keşlə"-"Qəbələ"-2:1. Əyalət təmsilçisinin bundan artığına gücü çatmadı və görüş 2:1 hesabı ilə "Keşlə"nin xeyrinə başa çatdı.