"Keşlə"dən növbəti qələbə-YENİLƏNİB-4

26-10-2019, 17:55
295

"Keşlə"-"Qəbələ" oyunu başa çatdı. Gərgin keçən oyun 2:1 "Keşlə"nin xeyrinə sonlandı.
xxxx
"Qəbələ" qollardan birinin əvəzini çıxdı. Oyunun 58-ci dəqiqəsində Davi Volkov "Qəbələ"nin qolunun müəllifi oldu-"Keşlə"-"Qəbələ"-2:1
xxxx
"Keşlə"-"Qəbələ" oyunun ilk hissəsi başa çatdı. İlk hissədən sonra "Keşlə" 2:0 hesabı ilə irəlidədir.
xxxx
"Keşlə" ikinci topu  rəqibin qapısına vurdu. Oyunun 42-ci dəqiqəsində Sezar Mezakoli hesabı 2:0 etdi.-"Keşlə"-"Qəbələ"-2:0
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının IX turuna start verilib. Turun ilk qarşılaşması "ASCO Arena"da baş tutur. Burada "Keşlə" "Qəbələ"ni qəbul edir. Meydan sahiblərinin əsas hədəfi keçən tur evdə "Sabah" xal itgisini əvəzini bu oyunda çıxmaqdı. "Qəbələ" isə keçən tur evdə "Qarabağ"da aldığı qızıla bərabər xalın təsadüfü olmadığını göstərməyə cəhd göstərir. Əyalət təmsilçisinin əsas hədəfi uğurlu gedişatı və məğlubiyyətsizliyi davam etmək istəyir. Eyni zamanda da oyunu prinsipial edən məqam ilk qarlaşmada "Qəbələ" evdə 0:4 hesabı ilə məğlub olmuşdu. "Keşlə" bu III turdakı qələbənin təsadüfü olmadığını "Qəbələ" isə Elmar Baxşiyevin rəhbərliyi altında çox şeyin dəyişdiyini sübut etmək istəyir. Hakim Rauf Cabbarovun idar etdiyi qarşılaşmanın birinci dəqiqəsində "Keşlə" Luronzo Fruntoz qolun müəllifi olub-"Keşlə"-"Qəbələ"-1:0

Bu görüşdən sonra daha bir görüş keçiriləcək. "Sabah" "Bank Respublika Arena"da "Zirə"ni qəbul edəcək. Bu tura qədər arzularını reallaşdıra bilməyən hər iki komanda hirini bir-birindən çıxmağa çalışacaq. "Sabah" keçən tur "Keşlə" səfərində itirdiyi xalı bu oyunda sığortalamaya çalışacaq. "Mavi qartallar" isə çox yaralıdır. Onlar keçən "Neftçi"yə 3:0 məğlub olublar

Premyer Liqamızada sabaha bir görüş təyin olunub. "Neftçi" səfərdə "Kapital Bank Arena"da "Sumqayıt"ın qonağı olacaq. Ardıcıl üç turdu qələbələri sıralayan Flaqman bu turda da qələbə qazanıb "Qarbağı" qarabaqara izləmək niyyətindərir. "Sumqayıt" keçən tur səfərdə "Səbail" zəfərinin davamını evdə gətirmək istəyir. Onların əsas məqsədi ən azı məğlub olmamaqdır.

Turun son oyunu Azərbaycan Futbolunun məbədi olan "Tofiq Bəhramov adına Respublika stadionu"nda baş tutacaq. Burada son çempion iki oyundu istər avro kubok olsun istər yerli yarış olsun qələbə qazana bilməyən "Qarabağ" "Səbail"i qəbul edəcək. Ağdamlıların əsas hədəfi üç xal olacaq. Keçən tur "Sumqayıt"a evdə 0:2 hesabı ilə məğlub olan "dənizçilər" bu oyunda möcüzə axtarışında olacaq.