"Keşlə" "Qəbələ"ni qəbul edir-START HEYƏTLƏR

26-10-2019, 15:00
274


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının IX turuna start veriləcək. Turun ilk qarşılaşması "ASCO Arena"da baş tutacaq. Burada "Keşlə" "Qəbələ"ni qəbul edəcək. Meydan sahiblərinin əsas hədəfi keçən tur evdə "Sabah" xal itgisini əvəzini bu oyunda çıxmaqdı. "Qəbələ" isə keçən tur evdə "Qarabağ"da aldığı qızıla bərabər xalın təsadüfü olmadığını göstərməyə cəhd göstərəcək. Əyalət təmsilçisinin əsas hədəfi uğurlu gedişatı və məğlubiyyətsizliyi davam etmək istəyir. Eyni zamanda da oyunu prinsipial edən məqam ilk qarlaşmada "Qəbələ" evdə 0:4 hesabı ilə məğlub olmuşdu. "Keşlə" bu III turdakı qələbənin təsadüfü olmadığını "Qəbələ" isə Elmar Baxşiyevin rəhbərliyi altında çox şeyin dəyişdiyini sübut etmək istəyəcək. Hakim Rauf Cabbarovun idarəcə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

"Keşlə"nin start heyəti:

1. Stanislav Namaşko (GK)
4. Slavik Alxasov (C)
17. Vüsal İsgəndərli
2. İlkin Qırtımov
11. Ruslan Qurbanov
25. Con Kamara
21. Miyusko Boyoviç
5. Franko Flores
10. Sezar Meza Kolli
9. Lorenzo Frutos
7. Tural Bayramlı

"Keşlə"nin ehtiyat oyunçuları:

16. Şahin Zəkiyev (GK)
33. Tərlan Quliyev
3. Cabir Əmirli
18. Ruslan Əmircanov
19. Azər Salahlı
22. Əfran İsmayılov
6. Rəşad Sadiqov
90. Orxan Fərəcov
13. Pərviz Azadov
91. Samir Abdullayev

"Keşlə"nin
baş məşqçisi: Tərlan Əhmədov

"Qəbələ"nin start heyəti:

1. Anar Nəzirov(GK) (C)
8. Qismət Alıyev
11. Asif Məmmədov
7. Roman Hüseynov
74. Yusif Nəbiyev
9. Davit Volkov
3. İviça Zuniç
10. Klesio Bauk
19. Rövlan Muradov
2. Amin Seydiyev
20. Faiq Hacıyev

"Qəbələ"nin ehtiyat oyunçuları:

94. Tərlan Əhmədli (GK)
36. Elməddin Sultanov
28. Murad Musayev
14. Ülvi İsgəndərov
4. Sadiq Quliyev

"Qəbələ"nin
baş məşqçisi: Azər Bağırov


Bu görüşdən sonra daha bir görüş keçiriləcək. "Sabah" "Bank Respublika Arena"da "Zirə"ni qəbul edəcək. Bu tura qədər arzularını reallaşdıra bilməyən hər iki komanda hirini bir-birindən çıxmağa çalışacaq. "Sabah" keçən tur "Keşlə" səfərində itirdiyi xalı bu oyunda sığortalamaya çalışacaq. "Mavi qartallar" isə çox yaralıdır. Onlar keçən "Neftçi"yə 3:0 məğlub olublar

Premyer Liqamızada sabaha bir görüş təyin olunub. "Neftçi" səfərdə "Kapital Bank Arena"da "Sumqayıt"ın qonağı olacaq. Ardıcıl üç turdu qələbələri sıralayan Flaqman bu turda da qələbə qazanıb "Qarbağı" qarabaqara izləmək niyyətindərir. "Sumqayıt" keçən tur səfərdə "Səbail" zəfərinin davamını evdə gətirmək istəyir. Onların əsas məqsədi ən azı məğlub olmamaqdır.

Turun son oyunu Azərbaycan Futbolunun məbədi olan "Tofiq Bəhramov adına Respublika stadionu"nda baş tutacaq. Burada son çempion iki oyundu istər avro kubok olsun istər yerli yarış olsun qələbə qazana bilməyən "Qarabağ" "Səbail"i qəbul edəcək. Ağdamlıların əsas hədəfi üç xal olacaq. Keçən tur "Sumqayıt"a evdə 0:2 hesabı ilə məğlub olan "dənizçilər" bu oyunda möcüzə axtarışında olacaq.