"Ramazan ayı ilə əlaqədar tövsiyələrimiz ondan ibarətdir ki, ənənəvi dini qaydalara əməl edilsin".
Bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Ramazan ayı üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tədbirlər Planı hazırlanır və buna uyğun da fəaliyyət göstərilir. Komitə sədri qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə də qarşılıqlı şəkildə əməkdaşlıq edilir:
"Həmçinin məscidlərdə Ramazan ayı ilə bağlı tədbirlər Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi vaxt çərçivəsində həyata keçirilməlidir. Bütün tələblərə riayət olunmalıdır. Bizim Komitənin əsas vəzifəsi verilən fətva və qayda qanunlara əməl edilməsi istiqamətində öz üzərinə düşən vəzifəni yerinə yetirməkdir".
M.Qurbanlı monitorinqlərin keçiriləcəyini də vurğulayıb: "Təbii ki, bu il də Ramazan ayı ərəfəsində monitorinqlər həyata keçiriləcək. Ümumiyyətlə hər həftənin cümə günü məscidlərdə Komitə tərəfindən mütəmadi monitorinqlər həyata keçirilir. Nəticə ilə əlaqədar müvafiq tədbirlər görülür və lazımi addımlar atırıq".
//Trend
İlham Əliyev Forumun açılış mərasimində iştirak edib - VİDEO - FOTOLAR
Bayramov Mirzoyanla Qazaxıstanda görüşəcək?
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia
Bakı bu bəyannaməyə istinada həvəsli deyil
Sarımsağı bu qidalarla birlikdə yeməyin - TƏHLÜKƏLİDİR
Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır-FOTOLAR
"Xırdalan" pley-off 'a qələbə ilə başlayıb
AVARÇƏKMƏ ÜZRƏ “PREZİDENT KUBOKU-2024”ÜN PARADI KEÇİRİLİB
İstanbulda 4-cü Beynəlxalq Məktəb Müdirləri Konfransı keçiriləcək
Ermənistan parlamenti delimitasiya və demarkasiyaya etiraz edənlərin təkliflərini rədd etdi
ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır!
"Yaş ötdükcə dodaqlar nazikləşir”
“Nə atadan, nə qardaşdan qorxur”