"Ermənistanın qondarma rejim adından kağız parçaları yaymağa çalışır"

25-05-2016, 15:12
365

Azərbaycan XİN Qarabağdakı qondarma rejimin BMT-də "bəyanat” yaymasına münasibət bildirdi



"Ermənistanın qondarma rejim adından kağız parçaları yaymağa çalışır"Azərbaycan XİN Dağlıq Qarabağdakı qondarma rejimin BMT-də "bəyanat” yayması barədə xəbərlərə münasibət bildirib. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev  bildirib ki, qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında "bəyanat” yayması barədə xəbərlər Ermənistan XİN-nin növbəti uydurmasıdır.

"Ermənistan XİN-də xülya və mifologiyanın reallıq ilə qarışıq salınması artıq heç kimi təəccübləndimir. Əslində Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi öz statusundan sui-istifadə edərək və BMT sisteminə və üzv dövlətlərə hörmətsizlik nümayiş etdirərək qondarma rejim adından bu kimi kağız parçalarını yaymağa cəhd edir".

Ətraf mühitə hörmətlə yanaşılan BMT sistemində adətən bu qəbildən olan izafi kağız parçaları maklatura məqsədilə istifadə edilir.  

   //ANS Press