Qondarma rejimin sabiq "müdafiə naziri"nə 2 ay həbs verildi

25-03-2017, 13:06
250

Qondarma rejimin sabiq "müdafiə naziri"nə 2 ay həbs verildiAzərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin sabiq "müdafiə naziri" Samvel Babayan həbs olunub.

Sabiq "müdafiə naziri"nin "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılığı ilə bağlı cinayət işi ilə əlaqədar Yerevan məhkəməsinin qərarı ilə iki aylıq həbs olunduğu bildirilir.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti bir müddət əvvəl Gürcüstandan "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılıq yolu ilə Ermənistana keçirilmə cəhdi ilə bağlı məlumat yaymışdı.

  //Trend