TQDK ərizə qəbuluna başlayır

1-04-2016, 15:16
687

TQDK ərizə qəbuluna başlayırBu gündən 2016/2017-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayıb.Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın mü­va­fiq internet səhifəsi­nə (I-IV qruplar üzrə eservices.tqdk.gov.az/erizebak/qrup1_4, V qrup və tam orta təhsil bazasında orta ixtisas təh­si­li mü­əssisələri üzrə eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını dol­dururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nöm­rəsinə boş SMS göndər­mək­lə əldə etmək olar.

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən 28-dək, V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına ərizələrin qəbulu  mayın 3-dən 17-dək aparılır. "Abituriyentin elektron ərizəsi” forması doldurduqdan sonra ərizələrinin təsdiqini təmin etməlidirlər.

I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə verən abituriyentlər aprelin 6-dan 28-dək, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə verən abituriyentlər isə mayın 3-dən 17-dək ərizələrinin təsdiqini təmin edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər yuxarıda göstərilən müd­dət­də və qay­dada elektron ərizələrinin təsdiqini təmin et­dikdən sonra I ixtisas qrupunun xüsusi qabiliyyət tə­ləb edən ixtisasları üzrə aprelin 15-dən 30-dək, V ix­tisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 6-dan 19-dək, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək  internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər.

Qey­diy­yatdan keçmiş abitu­ri­yentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin məzunları üçün buraxılış) imta­hanında iştirak edirlər və bu imtahanda top­la­dıq­ları balları müvafiq müsabiqə şərtlərini ödə­yənlər qabi­liyyət imtahan­larına buraxılırlar.

I-IV ixtisas qrupları üzrə qəbul imtahanı əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçirilir.

  //ANS Press