Azərbaycan Kubokunda yarımfinalçılar məlum oldu-NƏTİCƏLƏR

10-02-2024, 00:49
121

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalının cavab görüşünə yekun vuruldu. "Zirə", "Qarabağ", "Qəbələ", və "Neftçi" adını yarımfinalçıların siyahısına sala bilib. 

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalının cavab görüşlərinə dünən start verilib.

İlk olaraq "Zirə" "Zirə İdman Kompleksinin Stadionu"nda "Səbail"i qəbul edib.  Artıq oyunun 4-cü dəqiqəsində   "Zirə" Abbas İbrahimin qolu ilə hesabı açdı və ümumi hesabı artırıb-"Zirə"-"Səbail"-1:0(3:1).Oyunun 42-ci dəqiqəsində Rəhim Sadıxov "Zirə"nin ikinci topuna imza ataraq hesab arasında fərqi bir qədər də artırıb-"Zirə"-"Səbail"-2:0(4:1). İlk hissə "Zirə"nin bu oyunda 2:0 ümumi hesabda isə 4:1 hesablı üstünlüyü ilə başa çatıb.Oyunun 74-cü  dəqiqəsində Rəfail Utsiq "Zirə"nin üçüncü topuna imza ataraq ümumi hesabı bir qədər də artırıb-"Zirə"-"Səbail"-3:0(5:1). Bu oyunda vurulan son qol oldu və "Zirə" bu oyunda 3:0 ümumi hesabda isə 5:1 qalib gələrək adını yarımfinala yazıdırıb. "Zirə"nin bu mərhələdəki rəiqibi  "Qəbələ"-"Araz-Naxçıvan" çütlüyünün qalibi olacaq.

Günün ikinci qarşılaşmasında "Qarabağ" "Tofiq Bəhramov adına Respublika Stadionu"nda "Sabah"ı qəbul edib. İlk oyunda 1:7 qalib gələn "köhlən atlar" matça rahat çıxmışdı. "Bayquşlar" isə asan təslim olmamaq haqqında və qapını möhkəm çırpmaq haqqında fikirləşirdi. Artıq oyunun 5-ci dəqiqəsində "Sabah" Kristian Da Silvanın qolu ilə hesabı açaraq hesab arasındakı fərqi azaltdı-"Qarabağ"-"Sabah"-0:1(7:2). Oyunun 27-ci  dəqiqəsində Jarl Marqarita "Sabah"ın ikinci topuna imza ataraq ümumi hesab arasındakı fərqi dördə endirdi- "Qarabağ"-"Sabah"-0:2(7:3). Oyunun 30 dəqiqəsində Hamidu Keyta "Qarabağ"ın qoluna imza ataraq ümumi hesabı yenə beş top fərqinə qaldırdı-"Qarabağ"-"Sabah"-1:2(8:3). İlk hissə "Sabah"ın 1:2 hesablı üstünlüyü ümumi 8:3 əleyihə bitib. Oyunun  58-ci dəqiqəsində İsak Belfodil "Sabah"ın üçüncü topuna imza ataraq ümumi hesab arasındakı fərqi yenidən dördə endirdi-"Qarabağ"-"Sabah"-1:3(8:4). Oyunun 61-ci dəqiqəsində Adama Diakabi "Qarabağ"ın ikinci topuna imza atdaraq ümumi hesab arasındakı fərqi yenidən beşə qaldırıb-2:3(9:4). Oyunun 69-cu dəqiqəsində İsak Belfodil penaltidən dubl edərək özünün ikinci  "Sabah"ın dördüncü topuna imza ataraq yenidən hesab arasindakı fərqi dördə endirib-"Qarabağ"-"Sabah"-2:4(9:5). Oyunun 74-cü dəqiqəsində  "Sabah"ın heyətindən Maruan Hadudinin avtoqolu ilə  "Qarabağ" üçüncü topa imza ataraq ümumi hesabda fərqi yenə beşə qaldırıb-"Qarabağ"-"Sabah"-3:4(10:5). Oyunun 76-cı dəqiqəsində "Qarabağ" azqlıda qalıb. Komandanın heyətindən Riçard Almediya qırmızı vərəqə alaraq meydandan qovulub-"Qarabağ"-"Sabah"-3:4(10:5). Bu oyunda yadda qalan son hadisə olub və "Qarabağ" 3:4 məğlub olan görüşdə ümumi hesabda 10:5 qalib gələrək adını növbəti mərhələyə yazdırdı. 

Bu gün daha iki qarşılaşma baş tutub. 

İlk olaraq "Qəbələ Şəhər Staidonu"nda Azərbaycan Kubokunun son sahibi "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib. Artıq oyunun 39-cu  dəqiqəsində "Qəbələ" Osama Xalayla qolu ilə hesabı açara həm bu oyunda həm də ümumi hesabda irəli çıxıb-"Qəbələ"-"Araz-Naxçıvan"-1:0(2:1). Oyunun 42-ci dəqiqəsində Urfan Abbasov "Qəbələ"nin ikinci topuna imza artırıb-"Qəbələ"-"Araz-Naxçıvan"-2:0(3:1). İlk hissə "Qəbələ"nin 2:0 ümumi hesabda isə 3:1 üstünlüyü ilə başa çatıb. İkinci hissədə heç bir qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub. Beləcə bu oyunda 2:0 qələbə qazanan "Qəbələ" ümumi hesabda 3:1 qalib gələrək adını Azərbaycan Kubokunun yarımfinal mərhələsinə yazdırıb. Bu mərhələdə "Qəbələ"nin rəqibi "Zirə" olacaq.

Günün ikinci qarşılaşmasında "Neftçi" "Neftçi Arena"da gənclik şəhər təmsilçisi "Sumqayıt"ı qəbul edib. Artıq oyunun 26-cı dəqiqəsində "Neftçi" Filipp Ozobiçin qolu ilə hesabı açaraq hesabı bir qədər də artırıb-"Neftçi"-"Sumqayıt"-1:0(4:2). Oyunun 40-cı dəqiqəsində "Sumqayıt" Roi Kehatın qolu ilə hesabı bərabərləşdirərək hesab arasındakı fərqi  yenidən ikiyə endirib-"Neftçi"-"Sumqayıt"-1:1(4:3). İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatdı-"Neftçi"-"Sumqayıt"-1:1(4:3). İkinci hissədə heç bir qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub. Beləcə bu oyun 1:1 bitsədə ümumi hesabda 4:3 hesabı ilə qələbə qazanan "Neftçi" adını yarımfinalçılar siyahına yazıb. Bu mərhələdə "Neftçi"nin rəqibi "Qarabağ" olacaq.

NƏTİCƏLƏR:

"ZİRƏ"-"SƏBAİL"-3:0(5:1)

"SABAH"-"QARABAĞ"-3:4(10:5)

"QƏBƏLƏ"-"ARAZ-NAXÇIVAN"-2:0(3:1)

"NEFTÇİ"-"SUMQAYIT"-1:1(4:3)

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları Yanvarın 30 və 31-də keçirilib.

İlk oyun günüdə iki qarşılaşma baş tutub. 

Günün ilk qarşılaşmasında "Səbail" "ASCO Arena"da "Zirə"ni qəbul edib.  Görüşün ilk hissəsi başladığı hesabla bitib-"Səbail"-"Zirə"-0:0.Oyunun 48-ci dəqiqəsində "Zirə" "Səbail"in heyətindən Anas Najahın avtoqolu ilə hesabı açıb-"Səbail"-"Zirə"-0:1. Oyunun 60-cı dəqiqəsində Ruan Renato "Zirə"nin ikinci topuna imza atıb-"Səbail"-"Zirə"-0:2. Oyunun 70-ci dəqiqəsində Aleksandır Ramalinqomun qolu ilə "Səbail" hesab arasındakı fərqi azaldıb-"Səbail"-"Zirə"-1:2. Bu oyunda vurulan son qol oldu və "mavi qartallar" səfərdə "dənizçilər"ə 1:2 qalib gəldi. Bu çütün taleyinə 

Günün ikinci qarşılaşmasında "Sabah" "Bank Respublika Arena" "Qarabağ"ı qəbul edib. Artıq oyunun 20-ci dəqiqəsində "Qarabağ" Hamidu Keytanın qolu ilə hesabı açıb-"Sabah"-"Qarabağ"-0:1.Oyunun 28-ci dəqiqəsində  Olavio Juninyo "Qarabağ"ın ikinci topuna imza atıb-"Sabah"-"Qarabağ"-0:2.Oyunun 45+3-cü dəqiqəsində  Nəriman Axundzadə "Qarabağ"ın üçüncü topuna imza atdı-"Sabah"-"Qarabağ"-0:3. İlk hissə "Qarabağ"ın 0:3 hesablı üstünlütü  ilə başa çatıb.Oyunun 55-ci dəqiqəsində Olavio Juninyo  dubl edərək özünün ikinci komandasının dördüncü topuna imza atıb-"Sabah"-"Qarabağ"-0:4.Oyunun 63-cü dəqiqəsində "Sabah" Cesse Sekidikanın qolu ilə hesab arasındakı fərqi azaldıb-"Sabah"-"Qarabağ"-1:4.Oyunun 77-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ın beşinci topuna imza atdı-"Sabah"-"Qarabağ"-1:5.Oyunun 87-ci dəqiqəsində Adama Diakabi "Qarabağ"ın altıncı topuna imza atıb-"Sabah"-"Qarabağ"-1:6.Oyunun 90+3-cü dəqiqəsində Abdullah Zubir dubla imza ataraq özünün ikinci komandasının 7-ci topuna imza atıb-"Sabah"-"Qarabağ"-1:7. Bu oyunda vurulan son qol olub və "Qarabağ" elə səfərdə rəqibinə 1:7 qalib gələrək çütün taleyinə ilk oyunda aydınlıq gətirib. 

İkinci oyun günündə də iki qarşılaşma baş tututb. 

İlk öncə "Araz-Naxçıvan" "Dalğa Arena"da "Qəbələ"ni qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində "Qəbələ" Samuel Tettehin  qolu ilə hesabı açıb-"Araz-Naxçıvan"-"Qəbələ"-1:0. Oyunun 45-ci dəqiqəsində Elvis Maşike "Araz-Naxçıvan"ın bərabərlik topuna imza atıb-"Araz-Naxçıvan"-"Qəbələ"-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənəməsi ilə başa çatıb-"Araz-Naxçıvan"-"Qəbələ"-1:1.Oyunun 77-ci dəqiqəsində "Qəbələ" azlıqda qaldı. Qonaqların heyətindən Lukas Afriko qırmızı vərəqə alaraq meydandan qovulub-"Araz-Naxçıvan"-"Qəbələ"-1:1. Bu oyunda son yadda qalan hadisə oldu və oyun tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-"Araz-Naxçıvan"-"Qəbələ"-1:1. 

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi "Sumqayıt" "Kapital Bank Arena"da "Neftçi"ni qəbul edib. Artıq oyunun 29-cu dəqiqəsində "Neftçi" Yeqor Boqomolskinin qolu ilə hesabı açıb-"Sumqayıt"-"Neftçi"-0:1. Oyunun 44-cü  dəqiqəsində Emin Mahmudov penaltidən "Neftçi"nin ikinci topuna imza atıb-"Sumqayıt"-"Neftçi"-0:2.Oyunun 45+2-ci dəqiqəsində Emin Mahmudov dubl edərək özünün ikinci  "Neftçi"nin üçüncü topuna imza atıb-"Sumqayıt"-"Neftçi"-0:3. İlk hissə "ağ-qaralar"ın 0:3 hesablı qələbəsi ilə başa çatdı. Oyunun 60-cı dəqiqəsində "Sumqayıt" Elvin Bədəlovun qolu ilə hesab arasındakə fərqi azaltdı-"Sumqayıt"-"Neftçi"-1:3. Oyunun 89-cu dəqiqəsində Kasimir Ninqa "Sumqayıt"ın ikinci topuna imza atdı-"Sumqayıt"-"Neftçi"-2:3. Ancaq meydan sahiblərinin bundan artığına gücü çatmadı və matç 2:3 "Neftçi"-nin xeyrinə başa çatdı.