"Sumqayıt" "Qəbələ"ni qəbul edir-START HEYƏTLƏR

2-02-2022, 18:08
167

BUGUNBİLDİM.COM



Dünən Azərbaycan Kubokunda 1/4 finala start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

1/4 finalın sonuncu qarşılaşmasında "Sumqayıt" Kapital Bank Arena"da "Qəbələ"ni qəbul edəcək. Premyer Liqada işləri yaxşı getməyən gənclik şəhər təmsilçisi "Sumqayıt" evdə sərfəli nəticə qazanmaq haqqında düşünür. Mövsümün ən diqqətçəkən komandalarından olan "Qəbələ" isə səfərdən əlverişli nəticə ilə dönüb Azərbaycan Kubokunda da iddialarını davam etdirmək istəyir. Hakim Rauf Cabarovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

"Sumqayıt"ın start heyəti:

13. Aydın Bayramov(GK)
17. Murad Xaçayev
6. Vüqar Mustafayev (C)
10. Rəhim Sadıxov
7. Tellur Mütəllimov
2. Dmitro Nağıyev
4. Höccət Haqverdi
24. Elşən Abdullayev
5. Camaləddin Xocaniyazov
19. Xəzər Mahmudov
11. Rüfət Abdullazadə

"Sumqayıt"ın ehtiyat oyunçuları:


1. Tərlan Əhmədli (GK)
25. İlnur Valiev
30. Nəbi Məmmədov
60. Elvin Məmmədov
9. Əli Qurbani
33. Eltun Turabov
74. Yusif Nəbiyev
15. Vüqar Bəybalayev
37. Nicat Əliyev
8. Səbuhi Abdullazadə
21. Sənan Ağayev

"Sumqayıt"ın baş məşqçisi: Aleksey Baqa

"Qəbələ"nin start heyəti:

94. Nicat Mehbalıyev (GK)
19. Rövlan Muradov
11. Asif Məmmədov (C)
7. Ehtiram Şahverdiyev
27. Məqsəd İsayev
8. Stefan Vukçeviç
23. Rafael Utziq
5. İsnik Alimi
4. Ruan Renato
10. Omar Hani
9. Fernan Lopes

"Qəbələ"nin ehtiyat oyunçuları:


1. Kristof Atanqana (GK)
36. Elməddin Sultanov(GK)
28. Murad Musayev
14. Ülvi İsgəndərov
6. Kamal Mirzəyev
24. Patrik Robson
77. Emil Səfərov
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
33. Hüseyn Mürsəlov

"Qəbələ"nin
baş məşqçisi: Elmar Baxşıyev


Dünən iki qarşılaşma baş tutub.

İlk öncə "Qarabağ" "Tofiq Bəhramov adına Respublika Stadionu"nda "Keşlə"ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-"Qarabağ"-"Keşlə"-0:0 . Oyunun 56-cı dəqiqəsində İbrahim Vadjenin qolu ilə "Qarabağ" hesabı açıb-"Qarabağ"-"Keşlə"-1:0. Bundan sonra oyunda heç yadda qalana hadisə olmadı və "Qarabağ" matçdan 1:0 qalib ayrıld. Tərəflər arasında cavab qarşılaşması Fevralın 12-də baş tutacaq.

Günün ikinci qarşılaşmasında "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edib. Artıq oyunun -41-ci dəqiqəsində "Neftçi" Voyislav Stankoviçin qolu ilə hesabı açdı-"Neftçi"-"Sabah"-1:0. İlk hissə "Neftçi"nin 1:0 hesablı üstünlüyü ilə başa çatdı. Oyunun 50-ci dəqiqəsində Coy-Lens Mikelsin qolu ilə "Sabah" hesabı bərabərləşdirdi-"Neftçi"-"Sabah"-1:1. Bundan sonra oyunda tərəflərdən heç biri fərqlənə bilmədi. Oyun tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatdı-"Neftçi"-"Sabah"-1:1. Tərəflər arasında cavab qarşılaşması Fevralın 12-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Kubokunun 1\8 finalına keçən ilin dekabrın 10 start verilib.

İlk öncə "Zaqatala Olimpa Kompleksinn Stadionu"nda "Zaqatala" -"Səbail"i qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-"Zaqatala"-"Səbail"-0:0. İkinci hissədə oyunun 48-ci dəqiqəsində Miirsayib Abbasobun qolu ilə "Səbail" hesabı açdı-"Zaqatala"-"Səbail"-0:1. Oyunun 57-ci dəqiqəsində Roini İsmaylov "Zaqatala"nın bərabərlik topuna imza atdı-"Zaqatala"-"Səbail"-1:1. Oyunun 67-ci dəqiqəsində Əfran İsmayılov penaltidən vurduğu qolla "Səbail"i yenidən hesabda irəli çıxartdı-"Zaqatala"-"Səbail"-1:2. Oyunun 90+2-ci dəqiqəsində Mirsayib Abbasov dubl edərək öznünü ikinci komandasının üçünücü topuna imza atdı-"Zaqatala"-"Səbail"-1:3. Bu oyunda vurulan son qol oldu və "Səbail" adını 1/4 finalın iştirakçıları sırasına yazdırdı. Bu mərhələdə "dənizçilər"in rəqibi "mavi qartallar" "Zirə" olacaq.

Günün ikinci qarşılaşmasında "MOİK" "Dalğa Arena"da "Qəbələ"ni qəbul edib. Görüşdə hesab oyunun 34-cü dəqiqəsində İlham Allahverdiyevin qolu ilə açılıb-"MOİK"-"Qəbələ"-1:0. İlk hissə hərbçilərin 1:0 üstünlüyü ilə başa çatdı. Oyunun 55-ci dəqiqəsində Rövlan Muradov Qəbələnin bərabərlik topuna imza atdı-"MOİK-"Qəbələ"-1:1. Oyunun 75-ci dəqiqəsində Elşən Veysov qırmızı vərəqə alaraq "MOİK"i azlıqda qoyub-"MOİK"-"Qəbələ"-1:1. "Qəbələ" sayüstünlüyündən yararlana bilib. Oyunun 88-ci dəqiqəsində Ülvi İsgəndərov "Qəbələ"nin ikinci topuna imza ataraq hesabı 1:2 edib. Bundan sonra oyunda başqa qol olmayıb və 1:2 qələbə qazanan "Qəbələ" adənı 1/4 finala yazdırıb. Bu mərhələdə "Qəbələ"nin rəqibi gənclik şəhər təmsilçisi "Sumqayıt" olacaq.

Dekabrın 11-də isə iki qarşılaşma baş tutumuşdu.

İlk öncə "Keşlə" "ASK Arena"da "Qaradağ Lökbatan"ı qəbul edib. Görüşdə hesab oyunun 7-ci dəqiqəsində Elnur Səmədovun qolu ilə açılıb-"Keşlə"-"Qaradağ Lökbatan"-1:0. Oyunun 32-ci dəqiqəsində Samir Abdullayev "Keşlə"nin bərabərlik topuna imza atın-"Keşlə"-"Qaradağ Lökbatan"-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-"Keşlə"-"Qaradağ Lökbatan"-1:1. Oyunun 58-ci dəqiqəsində Rəhman Hacıyev "Keşlə"nin ikinci topuna imza ataraq "Keşlə"ni hesabda irəli çıxartdı-"Keşlə"-"Qaradağ Lökbatan"-2:1. Bundan sonra oyunda heç bir qol olmadı və "Keşlə" adını 1/4 final mərhələsinin iştirakçıları sırasına yazdırdı. Bu mərhələ də "Keşlə"nin rəqibi "Qarabağ" olacaq.

Günün ikinci qarşılaşmasında "Bank Respublika Arena"da "Sabah" qədim Gəncə təmsilçisi "Kəpəz"i qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-"Sabah"-"Kəpəz"-0:0. Oyunun 57-ci dəqiqəsində Coy-Lens Mikles hesabı açıb-"Sabah"-"Kəpəz"-1:0. Oyunun 61-ci dəqiqəsində Coy-Lens Mikles dubla imza ataraq öznünü və komandasının ikinci topuna imza atdı-"Sabah"-"Kəpəz"-2:0. Oyunun 90+2-ci dəqiqəsində isə Coy-Lens Miklesi əvəz edən Kamran Quliyev "Sabah"ın üçüncü topuna imza atdı-"Sabah"-"Kəpəz"-3:0. Bundan sonra oyunda qol olmadı və "Sabah" adını 1/4 final iştirakçılarının sırasına yazdırdı. Bu mərhələdə "Sabah"ın rəqəbi son çempion, Flaqman "Neftçi" olacaq.