"Neftçi" "Sabah"ı qəbul edir-START HEYƏTLƏR

1-02-2022, 18:38
139

BUGUNBİLDİM.COM



Bu gün futbol üzrə Azərbaycan Kubokukunda 1/4 finala start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ikinci qarşılaşmasında "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edəcək. Dövrlər arası fasilədə yeni mövsüm üçün iddialı transferləri ilə yadda qalan "Neftçi" gücünü bu oyunda göstərməyə cəhd göstərəcək. İlk dövrənin sonlarına iddialarını artıran "Sabah"da Azərbaycan Kubokunda da iddialarını davam etdirmək üçün bu oyundan sərfəli nəticə ilə ayrılmağı düşünür. Hakim Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

"Neftçi"nin start heyəti:

1. İvan Brkiç
8. Emin Mahmudov (k)
19. Azər Salahlı
14. Eddi İsrafilov
6. Voyislav Stankoviç
24. Yusuf Laval
4. Huqo Basto
9. Tiaqo Bezerra
77. Gilyerme Pato
20. Mert Çelik
37. Vüsal Əsgərov

"Neftçi"nin ehtiyat oyunçuları:

12. Kamran İbrahimov
93. Rza Cəfərov
26. Ömər Buludov
97. Xəyal Nəcəfov
3. Mamadu Mbodj
10. Sezar Meza Kolli
91. Ramon Maçado
7. Azər Əliyev
21. İsmayıl Zülfüqarlı
73. Ramin Nəsirli

"Neftçi" baş məşqçisi: Samir Abasov


"Sabah"ın start heyəti:

1. Səlahət Ağayev (GK)(C)
14. Slavik Alxasov
2. Amin Seydiyev
10. Aleksey İsayev
34. Bəxtiyar Həsənalızadə
4. Elvin Camalov
9. Xulio Sezar Rodriqez
3. Zurab Oçiqava
20. Coy-Lens Mikels
17. Xuan Kamara
29. Ceyhun Nuriyev

"Sabah"ın ehtiyat oyunçuları:

32. Rustam Samigullin (GK)
94. Yusif İmanov
26. Fofana Tiemoko
24. Mixeil Erqemlidze
55. Şpiro Periçiç
11. Kristian Sebalyos
8. Şakir Seyidov
21. İldar Alekperov
19. Kamran Quliyev
66. Abdulax Xaibulaev
33. Camal Cəfərov

"Sabah"ın baş məşqçisi: Murad Musayev


Hazırda "Tofiq Bəhramov adına Respublika Stadionu"nda "Qarabağ" "Keşlə"ni qəbul edir və həmin görüşdə ikinci hissə yeni başlayıb. Görüşdə hələ hesab açılmayıb.


1/4 finalın digər görüşləri sabah keçiriləcək.

Günün ilk qarşılaşmasında "Zirə İdman Kompleksinin stadionu" "Zirə" I divizion təmsilçisi "Zaqatala"nı məğlub edən "Səbail"i qəbul edəcək. "Zirə" hədəfi doğma publika sərfərli nəticə ilə qələbə qazanmağı düşünür. Çempionatda işləri yaxşı getməyən "Səbail" isə Zirə kəndəndən sərfəli nəticə ilə dönüb Azərbaycan Kubokunda yolunu davam etmək istəyir.

1/4 finalın sonuncu qarşılaşmasında "Sumqayıt" Kapital Bank Arena"da "Qəbələ"ni qəbul edəcək. Premyer Liqada işləri yaxşı getməyən gənclik şəhər təmsilçisi "Sumqayıt" evdə sərfəli nəticə qazanmaq haqqında düşünür. Mövsümün ən diqqətçəkən komandalarından olan "Qəbələ" isə səfərdən əlverişli nəticə ilə dönüb Azərbaycan Kubokunda da iddialarını davam etdirmək istəyir.

Xatırladaq ki, Azərbaycan Kubokunun 1\8 finalına keçən ilin dekabrın 10 start verilib.

İlk öncə "Zaqatala Olimpa Kompleksinn Stadionu"nda "Zaqatala" -"Səbail"i qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-"Zaqatala"-"Səbail"-0:0. İkinci hissədə oyunun 48-ci dəqiqəsində Miirsayib Abbasobun qolu ilə "Səbail" hesabı açdı-"Zaqatala"-"Səbail"-0:1. Oyunun 57-ci dəqiqəsində Roini İsmaylov "Zaqatala"nın bərabərlik topuna imza atdı-"Zaqatala"-"Səbail"-1:1. Oyunun 67-ci dəqiqəsində Əfran İsmayılov penaltidən vurduğu qolla "Səbail"i yenidən hesabda irəli çıxartdı-"Zaqatala"-"Səbail"-1:2. Oyunun 90+2-ci dəqiqəsində Mirsayib Abbasov dubl edərək öznünü ikinci komandasının üçünücü topuna imza atdı-"Zaqatala"-"Səbail"-1:3. Bu oyunda vurulan son qol oldu və "Səbail" adını 1/4 finalın iştirakçıları sırasına yazdırdı. Bu mərhələdə "dənizçilər"in rəqibi "mavi qartallar" "Zirə" olacaq.

Günün ikinci qarşılaşmasında "MOİK" "Dalğa Arena"da "Qəbələ"ni qəbul edib. Görüşdə hesab oyunun 34-cü dəqiqəsində İlham Allahverdiyevin qolu ilə açılıb-"MOİK"-"Qəbələ"-1:0. İlk hissə hərbçilərin 1:0 üstünlüyü ilə başa çatdı. Oyunun 55-ci dəqiqəsində Rövlan Muradov Qəbələnin bərabərlik topuna imza atdı-"MOİK-"Qəbələ"-1:1. Oyunun 75-ci dəqiqəsində Elşən Veysov qırmızı vərəqə alaraq "MOİK"i azlıqda qoyub-"MOİK"-"Qəbələ"-1:1. "Qəbələ" sayüstünlüyündən yararlana bilib. Oyunun 88-ci dəqiqəsində Ülvi İsgəndərov "Qəbələ"nin ikinci topuna imza ataraq hesabı 1:2 edib. Bundan sonra oyunda başqa qol olmayıb və 1:2 qələbə qazanan "Qəbələ" adənı 1/4 finala yazdırıb. Bu mərhələdə "Qəbələ"nin rəqibi gənclik şəhər təmsilçisi "Sumqayıt" olacaq.

Dekabrın 11-də isə iki qarşılaşma baş tutumuşdu.

İlk öncə "Keşlə" "ASK Arena"da "Qaradağ Lökbatan"ı qəbul edib. Görüşdə hesab oyunun 7-ci dəqiqəsində Elnur Səmədovun qolu ilə açılıb-"Keşlə"-"Qaradağ Lökbatan"-1:0. Oyunun 32-ci dəqiqəsində Samir Abdullayev "Keşlə"nin bərabərlik topuna imza atın-"Keşlə"-"Qaradağ Lökbatan"-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-"Keşlə"-"Qaradağ Lökbatan"-1:1. Oyunun 58-ci dəqiqəsində Rəhman Hacıyev "Keşlə"nin ikinci topuna imza ataraq "Keşlə"ni hesabda irəli çıxartdı-"Keşlə"-"Qaradağ Lökbatan"-2:1. Bundan sonra oyunda heç bir qol olmadı və "Keşlə" adını 1/4 final mərhələsinin iştirakçıları sırasına yazdırdı. Bu mərhələ də "Keşlə"nin rəqibi "Qarabağ" olacaq.

Günün ikinci qarşılaşmasında "Bank Respublika Arena"da "Sabah" qədim Gəncə təmsilçisi "Kəpəz"i qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-"Sabah"-"Kəpəz"-0:0. Oyunun 57-ci dəqiqəsində Coy-Lens Mikles hesabı açıb-"Sabah"-"Kəpəz"-1:0. Oyunun 61-ci dəqiqəsində Coy-Lens Mikles dubla imza ataraq öznünü və komandasının ikinci topuna imza atdı-"Sabah"-"Kəpəz"-2:0. Oyunun 90+2-ci dəqiqəsində isə Coy-Lens Miklesi əvəz edən Kamran Quliyev "Sabah"ın üçüncü topuna imza atdı-"Sabah"-"Kəpəz"-3:0. Bundan sonra oyunda qol olmadı və "Sabah" adını 1/4 final iştirakçılarının sırasına yazdırdı. Bu mərhələdə "Sabah"ın rəqəbi son çempion, Flaqman "Neftçi" olacaq.