Azərbaycan klubunun futbolçusu Meksika ilə oynaya bilər

11-11-2015, 20:27
308

Azərbaycan klubunun futbolçusu Meksika ilə oynaya bilər"Zirə” futbol klubunun hücumçusu Nelson Bonilla Salvador yığmasına dəvət olunub.

Salvador yığması dünya çempionatının seçmə mərhələsinin (Şimali Amerika qitəsi) 4-cü raundu çərçivəsində Meksika millisi ilə qarşılaşacaq. Oyun noyabr ayının 14-də Xeber yerləşən "Azteka" stadionunda keçiriləcək. "Zirə”nin forvardı Salvador yığması ilə oyunun hazırlığını davam etdirir.

"Zirə" klubu Salvador millisinin hücumçusu Nelson Bonilla ilə 2 illik müqavilə imzalayıb. Nelson Bonilla ötən mövsüm Rumıniyanın "Vitorul" klubunun şərəfini qoruyub. Nelson 25 oyuna cəmi 7 dəfə fərqlənib.

   //ANS Press