"Zirə" klubu heyyətinə yeni futbolçu qatdı

1-09-2015, 22:18
624

 "Zirə" klubu heyyətinə yeni futbolçu qatdı
Futbol üzrə Azərbaycan Premyer Liqasının debyutantı "Zirə" klubu heyyətinə yeni futbolçu qatıb.
Adıçəkilən klub Salvador millisinin hücumçusu Nelson Bonilla ilə 2 illik müqavilə imzalayıb. Nelson Bonilla ötən mövsüm Rumıniyanın "Vitorul" klubunun şərəfini qoruyub. Nelson 25 oyuna cəmi 7 dəfə fərqlənib.

"Zirə" klubu cari mövsümdə Premyer Liqada 3 oyun keçidib ki, bu 3 oyuna cəmi 5 xal toplayaraq 4-cü yerdə qərarlaşıb.

   //ANS Press