"Zirə"nin futbolçusu yığmaya çağırıldı

9-03-2016, 22:46
231

"Zirə"nin futbolçusu yığmaya çağırıldıZirə"nin futbolçusu Nelson Bonilla Salvador millisinə dəvət olunub. Azərbaycan Premyer Liqasının bombardirlərindən biri olan mərkəzi amerikalı qarşıdakı seçmə oyunlarında yığmasına kömək etməlidir.

Salvadorlular martın 25-də və 29-da Honduras millisi ilə üz-üzə gələcəklər. "Zirə"yə bununla bağlı rəsmi məktub ünvanlayan amerikalılar hücumçunun vacib qarşılaşmalarda onlara kömək edəcəyinə ümid edirlər.
 
Lakin Nelsonun yığmadakı oyunları onun klubundakı çıxışına mane olacaq. Belə ki, futbolçu martın 30-da baş tutacaq Azərbaycan Premyer Liqasının XXVII turunu buraxmaq məcburiyyətində qalacaq. Həmin gün "Zirə" "Kəpəz"in qonağı olacaq. Bir gün öncə yığmada oynamış futbolçunun bu matça çatacağı mümkünsüz görünür.
 
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin Hondurasla martın 25-dəki ilk oyununu evdə keçirəcək salvadorlular 4 gün sonra səfərdə meydana çıxacaq.

   //Apasport.az