Paytaxtda liderlik mübarizəsi: “Qarabağ” AZAL-a, “Qəbələ” “Neftçi”yə qarşı

14-03-2017, 11:17
220

Paytaxtda liderlik mübarizəsi: “Qarabağ” AZAL-a, “Qəbələ” “Neftçi”yə qarşıBu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq.

İkinci oyun gününün ilk qarşılaşmasında sonuncu çempion meydana çıxacaq.

"Qarabağ" çempionatın autsayderi AZAL-ı qəbul edəcək. Qurban Qurbanovun yetirmələri bir neçə saatlıq liderliyi ələ almaq imkanına malikdi. Bunun üçün qonaqları xalsız yola salmaq lazımdı. İki komanda arasındakı oyunlara nəzər salanda bunun o qədər də çətin olmayacağını düşünmək olar. Geridə qalan üç dövrədə rəqibinə şans verməyən ağdamlılar çempionluq uğrunda gedən qızğın mübarizədə xal itirmək haqqında düşünmür. Tərlan Əhmədovun başçılıq etdiyi "təyyarəçilər" isə qələbəsizlik seriyasına son qoymaq ümidindədi.

Ağdam təmsilçisi liderliyi ələ keçirsə, "Qəbələ" mövqeyini qaytarmaq üçün mütləq qalib gəlməlidi. Roman Qriqorçukun yetirmələrini isə kifayət qədər çətin sınaq gözləyir. Mövsümün ilk yarısında iki dəfə darmadağına üzülən "Neftçi" 3-cü oyunda rəqibinə güclü müqavimət göstərməyi bacarıb. Elxan Abdullayev yetirmələri "Sumqayıt"ın məğlubiyyətindən yararlanaraq "kimyaçılar"a bir az da yaxınlaşmaq üçün doğma meydan amilindən də yararlanmağı düşünürlər.

Azərbaycan Premyer Liqası

XXII tur

14 mart (çərşənbə axşamı)

17:00. "Qarabağ" - AZAL

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Xaqani Məmmədov
Suraxanı qəsəbə stadionu

İlk 3 dövrədəki oyunlar: 6:0, 1:0, 2:1
 

20:00. "Neftçi" - "Qəbələ"

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
8-ci km qəsəbə stadionu

İlk 3 dövrədəki oyunlar: 0:8, 1:4, 0:1

 //apasport.az