Liderlərin asan sınağı

8-02-2017, 12:11
171

Liderlərin asan sınağıBu gün Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.

İki gün davam edəcək turun ilk oyun günündə liderlər meydana çıxacaqlar.

Qəbələdə yerli komanda turnir cədvəlinin sonuncusu AZAL-ı sınağa çəkəcək. Liderdən cəmi bir xal geri qalan meydan sahibləri autsayderlə matçda yalnız qələbəyə ümid edəcəklər. "Qəbələ" öz meydanında oynadığı ilk matçda qalib gəlmiş, Bakıdakı görüşdə isə xal itirmişdi. Roman Qriqorçukun yetirmələri bunun təsadüf olduğunu sübut etmək üçün əllərindən gələni edəcəklər. Ukraynalı çalışdırıcı bir matç cəzalı olduğu üçün görüşü tribunadan izləyəcək. AZAL isə ötən tur "Qarabağ"la matçda olduğu kimi bu oyunda da iddialı rəqibinə qarşı müqavimət göstərməyə çalışacaq.
 
Turnir cədvəlinin zirvəsində qərarlaşmış ağdamlıları da asan sınaq gözləyir. Qurban Qurbanovun komandası ötən mövsümün gümüş mükafatçısı, 2017-ci ilə 2 qələbə ilə başlayan "Zirə"ni qəbul edəcək. Amma ardıcıl 5 dəfə rəqibini eyni - 2:0 hesabı ilə yenən əyalət klubunun paytaxt təmsilçisi ilə görüşdə xal itirəcəyi az qala mümkünsüz görünür. Buna baxmayaraq, Ayxan Abbasovun yetirmələri sensasiyanı gerçəkləşdirməyə iddialıdırlar.
 
Azərbaycan Premyer Liqası
XVII tur
8 fevral (çərşənbə)

15:00. "Qəbələ" - AZAL
İlk 2 dövrədəki oyunlar: 3:0, 0:0
Qəbələ şəhər stadionu

17:30. "Qarabağ" - "Zirə"
İlk 2 dövrədəki oyunlar: 2:0, 2:0
Suraxanı qəsəbə stadionu
 
Turnir cədvəli


1.

Qarabağ

16

11

3

2

29-8

36

2.

Qəbələ

16

10

5

1

32-8

35

3.

İnter

16

7

8

1

27-15

29

4.

Zirə

16

6

3

7

14-16

21

5.

Sumqayıt

16

4

7

5

16-21

19

6.

Kəpəz

16

3

6

7

11-18

15

7.

Neftçi

16

3

1

12

10-32

10

8.

AZAL

16

1

5

10

8-29

8

Bombardirlər: Baqali Dabo, Filip Ozobiç (hər ikisi "Qəbələ") - 7 qol.


   //apasport.az