"Neftçi" AZAL-a, "Zirə" "Sumqayıt"a qarşı

27-02-2017, 12:18
312

"Neftçi" AZAL-a, "Zirə" "Sumqayıt"a qarşıBu gün Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

Tur iki gün davam edəcək.

İlk oyun günü paytaxt derbisi ilə başlayacaq. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan "Neftçi" və AZAL sonuncuların meydanında qarşılaşacaq. Qış fasiləsində güclənən "ağ-qaralar" son günlərdə transferlərlə diqqətləri cəlb edən "təyyarəçilər"i xalsız qoymağa çalışacaq. Tərlan Əhmədovun yetirmələri 5 oyunluq məğlubiyyət seriyasına son qoysa, "Kəpəz"lə xal fərqini azaldacaq. Elxan Abdullayevin komandası isə mövqeyini qorumaq üçün qalib gəlməlidi.
 
Çünki "Neftçi"nin irəliləməsi hələ mümkün deyil. Əvəzində "Sumqayıt"la "Zirə"nin oyununun nəticəsi "ağ-qaralar"la 5-ci yer arasında fərqi azalda bilər. Turnir cədvəlinin qonşuları isə Zirədə üz-üzə gələcəklər. İlk iki dövrədə rəqibinə xal verməyən Samir Abasovun yetirmələri 4-cü yeri qorumaq üçün xal əldə etməlidi. Ayxan Abbasovun komandası isə qələbə ilə irəliləmək imkanına malikdi.
 
Azərbaycan Premyer Liqası
XX tur
27 fevral (bazar ertəsi)

15:30. AZAL - "Neftçi"
Mövsümün ilk iki oyunu: 0:2, 1:0
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
AZAL Arena

18:00. "Zirə" - "Sumqayıt"
Mövsümün ilk iki oyunu: 0:1, 0:1
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu

   //apasport.az