"Koutinyo "Liverpul"dan gedə bilər"

5-10-2015, 12:34
263

"Koutinyo "Liverpul"dan gedə bilər"
David Luiz milli komanda yoldaşı Filippe Koutinyonun "Liverpool"dakı gələcək taleyi haqqında fikir bildirib. Braziliyalı müdafiəçi 23 yaşlı həmyerlisinin "qırmızılar"ı tərk etmə ehtimalını istisna etməyib.

"Koutinyo bu mövsüm Çempionlar Liqasından kənarda qalan "Liverpul"dan getməməyi qərara aldı. Fikrimcə, növbəti mövsüm belə qərar verməyəcək. Güclü futbolçu ən yaxşı klublarda oynamalıdır. Koutinyo hazırda İngiltərə çempionatında ən yaxşı yarımmüdafiəçidir. Bu səviyyədə oynayanda böyük klubların diqqətini cəlb edirsən. "Liverpul" bu mövsüm Çempionlar Liqasına çıxa bilməsə, Filippenin gələn yay Avropada ən tələbatlı futbolçu olacağına əminəm".

   //Goal.az