Muslera "Qalatasaray"da qalacaqmı?

24-05-2016, 12:14
203

Muslera "Qalatasaray"da qalacaqmı?"Qalatasaray"ın qapıçısı Fernando Muslera klubdakı gələcək karyerası haqda danışıb.

Uruqvaylı qolkiper daha iki il İstanbul təmsilçisində qalacağını bildirib:

"Komandamla daha iki illik müqaviləm var. Burada olduğum üçün çox xoşbəxtəm. Beynimdə hər hansı bir sual yoxdur. "Qalatasaray"da qalmaq istəyirəm. Jurnalistlərdən tez-tez mənə təkliflər gəldiyini eşidirəm. Deyəsən, təkliflər jurnalistlərə gəlir. Çünki mənə gələn hər hansı təklif yoxdur. Mən belə xəbərlərə önəm vermirəm. İki il daha burada qalacam".

Qeyd edək ki, Muslera 2011-ci ildə "Latsio"dan "Qalatasaray"a transfer olunub.

   //Qol.az