Məhşur şahmatçının qızı Azərbaycan Çempionu oldu

18-04-2024, 13:10
64

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Bakı Tennis Akademiyasında tennis üzrə Azərbaycan çempionatı keçirilib.


Gərgin mübarizə şəraitində keçən 8-10 yaşlı qızların yarışında bütün rəqiblərinə qalib gələn İnci Orman fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 


Azərbaycan çempionu İncinin bu uğuru təsadüfi deyil. Belə ki, o, idmançı ailəsində yetişib. 3 ildən artıqdır ki, peşəkar səviyyədə tennislə məşğul olan İnci şahmat dünyasının tanınmış siması Türkan Məmmədyarovanın qızıdır.


Böyük perspektiv vəd edən İnci gələcəkdə nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etməyi qarşısına məqsəd qoyub.