Umut Bulutdan böyük fədakarlıq

17-03-2016, 14:12
179

Umut Bulutdan böyük fədakarlıq"Qalatasaray" klubu "Fənərbaxça" ilə martın 20-də keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, ötən gün baş tutan məşqə atası vəfat edən Umut Bulut da qatılıb.

Ankaradakı terror zamanı həlak olan futbolçunun atası Kamal Bulut dünən çərşənbə axşamı Kayseridə dəfn edilib. "Qalatasaray"ın rəhbərliyi, futbolçuları, məşqçiləri və Floriya bazasının bütün işçiləri dəfn mərasimində iştirak edib.
Umut Bulut ötən gün İstanbula dönərək məşqə qatılıb. O, zədəsi olan Uesli Sneyderlə birlikdə komandadan ayrı çalışıb.

Bu arada Türkiyə Super Liqasının 26-cı turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçının hakimləri açıqlanıb. Bu barədə Türkiyə Futbol Federasiyası xəbər verib. Türkiyə Futbol Federasiyası İstanbul derbisinə Mete Kalkavanı hakim təyin edib. Azərbaycanlı futbolsevərlərin də səbirsizliklə gözlədiyi qarşılaşma bazar günü saat 22:00-da start götürəcək.

Klublar turnir cədvəlində ayrı-ayrı mövqelərdə yer alsa da oyuna maraq həmişə olduğu kimi çox böyükdür. Hazırda "Fənərbaxça"çempionluq uğrunda mübarizə aparır. Son zamanlar heç də yaxşı günlərini yaşamayan "Qalatasaray"da fərqli durum yaşanır. UEFA tərəfindən aldığı cəza və ardıcıl məşqçi dəyişiklikləri klubun oyununda geriləməyə gətirib çıxarıb. 25 oyundan sonra "Fənərbaxça" 59 xalla turnir cədvəlində ikinci yerdədir. "Qalatasaray" isə 25 oyuna 39 xalla 5-ci yerdə qərarlaşıb. Turnir cədvəlinin lideri "Beşiktaş”ın 25 oyuna 60 xalı var.

   //ANS Press