"Bəxtimiz gətirmədi"

29-02-2016, 16:20
270

"Bəxtimiz gətirmədi""Liverpul" İngiltərə Liqa kubokunun finalında "Mançester Siti"ni dayandıra bilməyib. "Şəhərlilər" oyun sonrası penalti zərbələrindən sonra qalib gəlib.

Matçdan sonra "qırmızılar"ın baş məşqçisi Yurqen Klopp bunları deyib:

"Əlbəttə, oyun bitəndən sonra məyus oldum. Amma gördüyüm çox şey məni sevindirdi. Biz hər şeyi yoxladıq. Qol vurduq, bir neçə real imkanmız yarandı. Bəxtimiz gətirmədi. Bu, kubokun finalında məğlubiyyətin bir üsuludur. "Mançester Siti" qol vurmalı deyildi. Biz hesabı bərabərləşdirmək istədik və buna nail olduq. İndi deyəcəklərimin mənası yoxdur. Bu, nəticəni dəyişdirməz. Yıxılmaq olar, amma qalxmaq lazımdır. Oyun sistemini dəyişdirmək istəmirəm. İrəli hərəkət etməliyik".

  //goal.az