"Hakim rəqib qapısına penalti təyin etməli idi"

26-10-2015, 14:55
262

"Hakim rəqib qapısına penalti təyin etməli idi"Mançester derbisində prinsipial rəqibi "Mançester Siti" ilə bacarmayan "Yunayted" 3-cü pillədə qalıb.

Matçdan sonra "qırmızı şeytanlar"ın çalışdırıcısı Lui van Qaal komandasının lehinə penaltinin təyin olunmadığını qeyd edib.

"Oyun hər iki komanda üçün çətin alındı. Amma bizim bəxtimiz gətirmədi, rəqib üçün isə, əksinə. "Mançester Siti" kimi güclü rəqiblə oyunda nəzari tam ələ almışdıq. Futbolçularımdan narazılıq edə bilmərəm. Qalib gəlmək istəsək də, bunu bacarmadıq. Hakim Erraraya qarşı cərimə meydançasında edilən hərəkətə penalti verməli idi. Bunu görmək üçün təkrarı izləməli oldum. Amma hakimin epizodu dəyərləndirmək üçün cəmi bir saniyəsi var. Hər zaman futbolda yeni texnologiyaların tətbiqini məqsədəuyğun hesab etmişəm. Lakin bu barədə danışan yeganə adamam. Yetirmələrimlə fəxr edirəm. Onlar bütün 90 dəqiqə ərzində toparlanmış oynadılar. Çox qol imkanımız olmasa da, rəqib bizim diqtə etdiyimiz oyunu oynamalı oldu".

   //Goal.az