Şirvanda avtomobil piyadanı vurdu

11-01-2016, 17:36
426

Şirvanda avtomobil piyadanı vurduŞirvan şəhərində avtomobil 63 yaşlı qadını vurub.

Hadisə günorta saatlarında Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. Şirvan sakini Nəsirov Nəsir Məmmədəli oğlu idarə etdiyi "QAZ 24" markalı, 18 BF 653 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini, Nizami küçəsi, 41 ünvanında yaşayan, 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızını vurub. Sürücü tərəfindən Şirvan Şəhər Xəstəxanasına çatdırılan qadın baldır sümüyünün sınığı diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

   //APA