Bakı sakini Şirvanda toyda öldü

12-10-2015, 11:37
357

Bakı sakini Şirvanda toyda öldü
Şirvanda toy şənliyində 77 yaşlı kişi dünyasını dəyişib.

Hadisə oktyabrın 11-də saat 23.00 radələrində Şirvan şəhərində yerləşən şadlıq saraylarından birində baş verib.

Bakı şəhər sakini, Ağa Nemətulla küçəsində yaşayan, 1938-ci il təvəllüdlü Musayev Faiq Camaləddin oğlu toy şənliyində ürək tutmasından dünyasını dəyişib.

Onun meyiti müayinə üçün Şirvan şəhər "morq”una yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

   //APA