Hacıqabulda ağır qəza, ölü və yaralılar var

6-11-2015, 14:06
569

Hacıqabulda ağır qəza, ölü və yaralılar varHacıqabulda ağır yol qəzası baş verib. Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Hacıqabul Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb.

Quba rayon sakini, 1977-ci il təvəllüdlü Qabil Gülməli oğlu Rəhimov idarə etdiyi 99- GL- 479 dövlət nömrə nişanlı "Niva” markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşını dərəyə aşırıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər- Quba rayon sakinləri, 1989-cu il təvəllüdlü Mətləb Səfərbala oğlu Fərəcov, 1978-ci il təvəllüdlü Sahib Nəsrulla oğlu Həsənov və Şirvan şəhər sakini- 1981-ci il təvəllüdlü Afaq Hacı qızı Orucova müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının çatdırılıb. Sürücü Qabil Rəhimov aldığı xəsarətlərin ağırlığından hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.

İki ay əvvəl də Hacıqabul rayonunda avtomobil dərəyə aşıb. Qəza zamanı sürücü- Şirvan şəhər sakini, 1985-ci il təvəllüdlü Ağababa Rasim oğlu Abbasov dəyişib.

Əlavə edək ki, vəfat edən Ağababa Abbasov iki azyaşlı uşaq atası olub.

   //ANS Press