Azərbaycanda 9 aylıq hamilə qadın öldü

17-11-2015, 14:21
357

Azərbaycanda 9 aylıq hamilə qadın öldü Şirvanda 9 aylıq hamilə qadın ölüb.

Ölüm faktı gecə saat 02:30 radələrində qeydə alınıb. Yaşadığı evdə halı pisləşən Şirvan sakini, 1979-cu il təvəllüdlü Mustafayeva Günel Malik qızı təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Şirvan şəhər xəstəxanasının növbətçi həkimləri onun xəstəxanaya daxil olanda artıq öldüyünü təsdiq ediblər.

Hamilə qadının hansı səbəbdən öldüyünü aydınlaşdırmaq üçün meyit Şirvan şəhər morquna təhvil verilib.

Faktla bağlı Şirvan prokrorluğunda iş aparılır.

   //ANS