Bakıda iki avtobus toqquşub: xeyli adam yaralanıb

30-10-2015, 18:21
306

Bakıda iki avtobus toqquşub: xeyli adam yaralanıbBakıda marşrut avtobusu mikroavtobusla toqquşub.

Qaradağ Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə oktyabrın 29-da saat 10 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Novruz Əliyevin idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu və Masallı rayon sakini Qoşqar Ağalarovun idarə etdiyi "Ford" markalı mikroavtobus toqquşub. Nəticədə Q.Ağalarov və 7 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

   //APA