Paytaxtda avtobuslar toqquşdu:10 yaralı

30-10-2015, 14:17
358

Paytaxtda avtobuslar toqquşdu:10 yaralıBakının Qaradağ rayonu ərazisində 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaradağ Rayon 10-cu polis bölməsindən  verilən məlumata görə, Bakı şəhər sakini Novruz Əliyevin idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu Sədərək ticarət mərkəzi yaxınlığında hərəkətdə olarkən paytaxt istiqamətində hərəkət edən, Masallı rayon sakini Qoşqar Ağalarovun idarə etdiyi "Ford" markalı mikroavtobusla toqquşub.

Qəza nəticəsində 7-si orta ağır olmaqla on nəfərdən çox adam xəsarət alıb. Xəsarət alanlar əraziyə cəlb edilmiş təcili tibbi yardım avtomobilləri vasitəsi ilə 1 saylı kliniki tibbi mərkəzə çatdırılıb.

Xəstəxanadan  verilən məlumata görə, gətirilən 4 nəfərə tibbi yardım göstərilib və evə buraxılıb. Hazırda travmatologiya şöbəsində 4 xəstəyə yardım göstərilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bir müddət əvvəl də Bakının Nərimanov rayonu ərazisində iki sərnişin avtobusu toqquşub.

Həmin ərazidə 14 saylı sərnişin avtobusu gedərkən "Mercedes" markalı minik maşını ona çırpılıb. Qəzadan sonra avtobusun sürücüsü avtobusdan düşüb və minik maşınının sürücüsü ilə mübahisəyə başlayıb. Bu zaman digər 14 saylı sərnişin avtobusu gəlib və dönmə əməliyyatını yerinə yetirərkən dayanan avtobusa dəyib.

Həmin hadisə xəsarətsiz ötüşsə də avtobuslara və minik maşına ziyan dəymişdi.

   //ANS Press