Bakıda avtobus qəza törətdi

24-11-2015, 12:10
384

Bakıda avtobus qəza törətdiPaytaxtda sərnişin daşıyan marşrut qəza törədib. Hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.

3 saylı şəhər klinik xəstəxanasından verilən məlumata görə, 35 saylı xətt üzrə 20 yanvar metrostansiyası ərazisindən Novxanı istiqamətinə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım avtomobilləri vasitəsi ilə xəstəxanaya çatdırılıb. Qəza nəticəsində xəsarət alanlar bunlardır:

Səməd Məmmədəli oğlu Hüseynov - 1976-cı il təvəllüdlü
Paşa Yaqub oğlu Əliyev - 1990-ci il təvəllüdlü
İmaməli Məhəmməd oğlu Dadaşov - 1958-ci il təvəllüdlü

Xəsarət alanlardan İmaməli Dadaşov xəstəxananın travmatologiya şöbəsinə yerləşdilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Digər iki şəxs isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı araşdırma araşdırma aparılır.

Oktyabr ayının 30-da da Bakının Qaradağ rayonu ərazisində 7 nəfərin xəsarət alması ilə nəticələnən avtobus qəzası baş vermişdi.

Bakı şəhər sakini Novruz Əliyevin idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu Sədərək ticarət mərkəzi yaxınlığında hərəkətdə olarkən paytaxt istiqamətində hərəkət edən, Masallı rayon sakini Qoşqar Ağalarovun idarə etdiyi "Ford" markalı mikroavtobusla toqquşmuş, nəticədə 7-si orta ağır olmaqla on nəfərdən çox adam xəsarət almışdı. Xəsarət alanlar əraziyə cəlb edilmiş təcili tibbi yardım avtomobilləri vasitəsi ilə 1 saylı kliniki tibbi mərkəzə çatdırılmışdı.

   //ANS Press