Xaçmazda borc üstündə düşən dava qətllə nəticələndi

5-02-2018, 16:42
128


Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Çarxı kəndində qeydə alınıb.

Kənd sakini 1973-cü il təvəllüdlü Hidayətov Ehtiram Əliyar oğlu həmkəndlisi, 1973-cü il təvəllüdlü Cəfərov Əfqan Malik oğlunu borca görə düşən mübahisə zamanı özünə məxsus ov tüfəngi ilə qətlə yetirib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

//APA