Ağsuda "kabus" qətl: 2 körpə anasını öldürdü

4-11-2015, 18:00
423

Ağsuda "kabus" qətl: 2 körpə anasını öldürdüAğsuda qətl hadisəsi baş verib.

Hadisə rayonun Ərəbsarvan kəndində törədilib.

Ağsunun Çiyni kənd sakini, 1983-cü il təvəllüdlü Kabus Xanlar oğlu Şirinov gecə saatlarında 1975-ci il təvəllüdlü Ərəbsarvan kənd sakini Eyyubova Elnurə Üzeyir qızının evinə gedərək orada mübahisə edib və mübahisə zəminində mətbəxt bıçağı ilə qadına bir neçə bıçaq xəsarəti yetirib. Elnurə Eyyubova aldığı bıçaq yaralarından hadisə yerində dünyasını dəyişib.

Kabus Şirinov və Elnurə Eyyubovanın birgə nikahdan 2 azyaşlı övladı var və onlar 3 il öncə boşanıblar. Mərhum Elnurə Eyyubova rayonun Hacıqədirli kəndində müəllim işləyirmiş.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

  //Report