Qaz balonundan xeyli siqaret çıxdı

6-03-2017, 17:12
274

Qaz balonundan xeyli siqaret çıxdıQaz balonundan külli miqdarda siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yük yerində avtomobilin yanacaq çəni kimi quraşdırılan qaz balonu şübhə doğurduğundan nəqliyyat vasitəsi HCVG rentgen aparatı ilə yoxlamaya yönləndirilib və gömrükçülərin şübhələri təsdiqini tapıb. Belə ki, HCVG rentgen aparatı ilə yoxlama zamanı qaz balonunun içərisindən gömrük nəzarətindən gizlədilən 16 800 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

//milli.az