Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz C220 CDI" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənindən və ön panelindən gömrük nəzarətindən gizlədilən 13 000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.
Digər fakt isə "Samur" gömrük postunda qeydə alınıb. Xaşmaz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin salonunun döşəməsinin altından gömrük nəzarətindən gizlədilən 4000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
//milli.az
Sərinləşdirici içki daşıyan yük maşını tarlaya aşdı: 2 yaralı
Yol qəzası: Avtomobil aşdı
30 qanunsuz mühacir xilas edildi, 22 nəfər qanunsuz mühacir isə saxlanıldı
İki yük maşını toqquşdu: 3 yaralı
Castinin arvadından hamiləlik FOTOLAR
Azərbaycanın nümayəndə heyəti bədii gimnastika üzrə AVRO-da iştirak edəcək
Fudokançılarımız avropa çempionatıda iştirak edəcəklər
Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatına start verilib
Kenyada torpaq sürüşməsi baş verib
Traktorun mühərriyinə paltarı ilişən 15 yaşlı qız vəfat etdi
Hərəkətsiz təyyarədən yerə yıxıldı
Həftə sonu Meksikada hava sərinləşəcək
Yol qəzası: Sürücü yaralandı
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır