Bakıda qadın mənzilində tüstüdən ölüb

8-02-2017, 16:22
237

Bakıda qadın mənzilində tüstüdən ölübBakıda qadın mənzilində tüstüdən boğulub ölüb.

Fevralın 7-də saat 12 radələrində Yasamal rayonunun H.Məcidov küçəsində yaşayan Tofiqə Quliyevanın evində yanğın baş verib. Yanğında evin 12 kv.m sahəsi yanıb, yanğın söndürüldükdən sonra mənzildən tüstüdən boğulmuş ev sahibəsinin meyidi tapılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

   //milli.az