Ev yanıb, bir nəfər tüstüdən zəhərlənib

15-03-2016, 13:32
248

Ev yanıb, bir nəfər tüstüdən zəhərlənibHacıqabul şəhərində 3 otağlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən  istinadən verdiyi xəbərə görə, vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 30 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən zəhərllənmiş və yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

   //milli.az