3 otaqlı mənzil yanıb, 1 nəfər tüstüdən zəhərlənib

24-05-2016, 11:25
305

3 otaqlı mənzil yanıb, 1 nəfər tüstüdən zəhərlənibSumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğınsöndürənlər tərəfindən binadan 10 nəfər sakin təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

   //milli.az