Sirkə turşusu içən şəxs xəstəxaya çatdırıldı

13-10-2015, 15:14
388

Sirkə turşusu içən şəxs xəstəxaya çatdırıldı
Gəncə sakini intihar məqsədi ilə sirkə turşusu içib.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından  verilən məlumata görə, Məhsəti qəsəbəsi sakini 1960-cı il təvəllüdlü Şahin Qəmbər oğlu Nəsibov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Xəstəxanada ona lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyəti ağır olaraq qalır. Araşdırmalar zamanı Şahin Nəsibovun özünün öldürmək məqsədi ilə sirkə turşusu içdiyi məlum olub.

Faktla bağlı Gəncə Şəhər Polis İdarəsinə məlumat verilib, səbəblər araşdırılır.

Dünən də Bakıda qadın intihar məqsədi ilə sirkə turşusu içmişdi.

Nərimanov rayonu ərazisində yaşayan Nigar Abbaszadə sirkə turşusu işmiş və zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmişdi. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

   //ANS Press